Home » Dünya Bankı Azərbaycana “Yaşanılabilən Bakı” layihəsi üzrə qrant ayırıb

Dünya Bankı Azərbaycana “Yaşanılabilən Bakı” layihəsi üzrə qrant ayırıb

by yunus
0 comments 3 views 1 minutes read

Dünya Bankı Azərbaycanda icra olunan “Yaşanılabilən Bakı” layihəsi çərçivəsində yeni qrant ayırıb.

BBN.az-ın quruma istinadən yaydığı məlumata görə, vəsait Abşeron göllərinin bərpası və həmin ərazilərin inkişafına yönəldiləcək. Qrant hesabına Zığ, Xocasən və Böyükşor göllərinə dair mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələr yenilənəcək. Ayrılan maliyyənin bir hissəsi isə bu sahədə məsləhətçi xidmətlərinə sərf olunacaq.

Məsləhətçi şirkət göllərin bərpası üzrə köhnə texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirərək müasir tələblərə uyğunlaşdıracaq. Qeyd olunur ki, bu sənədlərin hazırlanmasından artıq uzun müddət keçdiyi üçün onların təkmilləşdirilməsinə ehtiyac yaranıb.

Layihəyə bu ilin noyabrında start verilməsi nəzərdə tutulur. İşlərin ümumi dəyərinin 500 min ABŞ dolları olacağı bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.