0
“Ötən həftə Türkiyə və Suriyada baş verən 2 ardıcıl güclü zəlzələdən sonra yenidənqurma səyləri milyardlarla dollara başa gələcək”.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu sözləri Dünya Bankının Orta Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Ferid Belhaj deyib.
Dünya Bankı rəsmi Ankaraya təxminən 1.8 milyard dollar maliyyə yardımı söz verib və Suriyaya yardım etməkdədir. Onun sözlərinə əsasən Türkiyəyə bu qədər maliyyə yardımı sözü verilməsinin səbəbi burada bankın portfolio və davam edən layihələrinin olması ilə bağlıdır.