Home » İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2053008689 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqraz üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazın nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 10 fevral 2023-cü il tarixində AZ2053008689 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 10 fevral 2023-cü il tarixindən etibarən sözügedən istiqrazın nominal üzrə qalıq məbləği 929.15 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 929.15 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2053008689 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin 929.15 manat olması nəzərə alınmalıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.