

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.41 dollar, yaxud 0.51% yüksələrək 80.92 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.35 dollar, yaxud 0.41% yüksələrək 85.24 dollara satılır. Təbii qazın qiymətləri isə 0.13 dollar, yaxud 3.78% azalaraq 3.38 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.