Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 3.16 dollar, yaxud 3.82% yüksələrək 85.95 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 3.00 dollar, yaxud 3.55% yüksələrək 87.58 dollara satılır. Təbii qazın qiymətləri isə 0.10 dollar, yaxud 3.12% artaraq 3.44 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.