Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.79 dollar, yaxud 0.95% yüksələrək 83.70 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.63 dollar, yaxud 0.73% yüksələrək 86.63 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.72% azalaraq 3.32 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.