2
Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.45 dollar, yaxud 0.52% enərək 85.93 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.45 dollar, yaxud 0.51% azalaraq 87.70 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.10% enərək 3.34 dollara ticarət edilir.
Qeyd edək ki, ötən gün İsrail-Fələstin müharibəsindən dolayı neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.