Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.54 dollar, yaxud 0.62% enərək 86.33 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.45 dollar, yaxud 0.50% azalaraq 89.47 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.97% enərək 2.60 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.