Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.56 dollar, yaxud 0.74% artaraq 76.45 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.64 dollar, yaxud 0.79% yüksələrək 81.25 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.08% enərək 2.93 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.