Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.19 dollar, yaxud 0.25% enərək 75.38 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.10 dollar, yaxud 0.12% azalaraq 80.97 dollara satılır. Təbii qazın qiymətləri isə 0.07 dollar, yaxud 2.71% bahalaşaraq 2.62 dollara ticarət edilir.
Qeyd edək ki, İsrail-Fələstin müharibəsinin başlanğıcında xam neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.