

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.69 dollar, yaxud 0.99% enərək 68.82 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.68 dollar, yaxud 0.92% azalaraq 73.46 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.38% enərək 2.60 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı yenilənmiş proqnoz göstərir ki, 2023-cü ilin ikinci yarısında Brent neftinin qiyməti orta hesabla 79 dollara satılacaq. 2024-cü ildə isə 84 dollar olacaq.
Eyni zamanda dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 2.55 dollar, yaxud 3.18% azalaraq 77.73 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti isə 60 dollardan hesablanıb.