Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib - BBN

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub.

Analitiklər qeyd edirlər ki, neft bazarında istehsal artımı və təklifin çoxluğu qiymətlərin enməsi istiqamətində təzyiq göstərir. Bununla yanaşı, bazar iştirakçıları hələ də OPEC+ və İranla əlaqəli geopolitik gərginliklərə diqqət yetirməyə davam edir. Əlavə olaraq, bazarda gələcəkdə istehsal azalmaları və ya geosiyasətin yenidən kəskinləşməsi halında qiymətlərin yenidən arta biləcəyi ehtimal edilir.

Related posts

“Goldman Sachs”: Qlobal neft ehtiyatları səkkiz ilin ən aşağı səviyyəsinə çatıb

Hörmüz boğazında “barıt qoxusu”: Neft və qızıl bazarları yenidən silkələnir!

Yaxın Şərq böhranı qlobal enerji bazarını sarsıdır: neft və qaz çatışmazlığı uzunmüddətli təsir göstərəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı