Home » Dünya birjalarının sıralaması açıqlanıb

Dünya birjalarının sıralaması açıqlanıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə dünya birjalarının dəyərinə görə sıralamasını əks etdirən “Exchanges 10” hesabatını dərc edib.

Hesabata istinadən, dünyanın ən dəyərli birjası “CME” (Chicago Merchantile  Exchange) olub. Belə ki, “CME Group”un  dəyəri ötən ilə nisbətən 15.17% geriləsə də beş ildi ki siyahıda liderliyini qoruya bilib. Birjanın hazırki dəyəri 1trilyon 823 milyard ABŞ dolları olub.

“HKEX” brendi ilə fəaliyyət göstərən Honk Konq birjası  8.1% bahalaşaraq, 1 trilyon 616 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “NYSE” birjasının ümumi dəyəri isə 20.35% yüksələrək 1 trilyon 608 milyard ABŞ dolları olub.

Siyahı aşağıda qeyd olunduğu kimi tamamlanır.

  • “ICE” – 1 trilyon 153 milyard $
  • “Nasdaq” – 966 milyard $
  • “Cboe” – 403 milyard $
  • “Eurex” – 375 milyard $
  • “SGX” – 374 milyard $
  • “LSE” – 363 milyard $
  • “SIX” – 361 milyard $

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.