0


İyulun 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.29% – 40,665.02 bəndədək, S&P 500 indeksi 0.78% – 5,544.59 bəndədək, Nasdaq indeksi isə 0.70% – 17,871.22 bəndədək azalıb.
BBN.az xəbər verir ki, Avropa fond bazarlarında isə iyulun 18-də FTSE 100 indeksi 0,21% – 8,204.89 bəndədək artıb, Almaniyanın DAX indeksi 0.45% – 18,354.76 bəndədək azalıb, Fransanın CAC-40 indeksi isə dəyişməyərək 7,586.55 bənd təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% azalaraq 1.0889 dollar təşkil edib.