Home » Dünya üçün yaxşı xəbər: Ukraynanın taxıl gəmisi müharibədən sonra ilk dəfə Odessanı tərk edib

Dünya üçün yaxşı xəbər: Ukraynanın taxıl gəmisi müharibədən sonra ilk dəfə Odessanı tərk edib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Bazar ertəsi günü taxıl daşıyan gəmi Ukraynanın Odessa limanından “təhlükəsiz keçid razılaşmasına”, əsasən Livana doğru hərəkət edib. Ukrayna və Türkiyə rəsmilərinin bildirdiklərinə görə, bu Rusiyanın 5 ay əvvəl Qara dənizdən keçən taxıl gəmilərin (United Nations-a görə 26 000 tondan çox qarğıdalı-red.) dayandırılmasından sonra ilk hərəkət idi. 

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, Ukraynanın Xarici işlər naziri isə bu halı “dünya üçün rahatlıq” adlandırıb, çünki bəzi ölkələr gəmilər ilə taxılın çatdırılması dayandırıldığı üçün ərzaq qıtlığı və aclıq qorxusu təhlükəsi altında idilər. 

Bu yenilik yalnız Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (United Nations) vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında “taxıl və gübrə” ixracı sazişi imzaladıqdan sonra mümkün olub, bu isə heç bir diplomatik həll yolu görünməyən konflikt üçün nadir irəliləyiş idi. 

Ukraynanın İnfrastruktur naziri Oleksandr Kubrakov deyib ki, “Rusiya aqressiyasından bəri ilk gəmi limanı tərk edib”: “Bu gün Ukrayna, özünün partnyorları ilə birlikdə dünyanı aclıqdan xilas etmək üçün başqa bir addım atıb”.

Fevralın 24-də Rusiyanın Ukraynanı işğal etməsi, dünyanı ərzaq və enerji böhranı ilə üz-üzə qoyub, Birləşmiş Millətlər Təşkilatı isə bu il çoxsaylı aclıq təhlükəsinin olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Rusiya və Ukrayna dünya buğda ixracının 1/3-ə nəzarət edir. Lakin Qərbin Rusiyaya qarşı sanksiyaları, Ukraynanın şərq dəniz sahilində gedən döyüşlər gəmilərin təhlükəsiz şəkildə limanları tərk etmələrinə çətinlik yaratmışdı. 

DW Business-də yer alan məqalədə yazılıb ki, Almaniyada Dünya Ərzaq Proqramının direktoru Martin Frick deyib ki, müharibədən əvvəl də dünyada aclıq çəkən insanların sayında artım olmuşdu: “Amma müharibə başlayandan sonra bu rəqəm sürətlə artıb, bu gün biz qorxuruq ki, 345 milyon insan kəskin aclıq təhlükəsi ilə üz-üzədir”. 

Ekspertlər isə bu fikirdədirlər ki, ixracın yenidən bərpa edilməsi qlobal ərzaq qiymətlərini aşağı salacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.