İsrailin paytaxtı Təl-Əviv şəhəri yaşayış xərcləri və ümumi istehlak qiymətlərinə görə dünyanın ən bahalı şəhəri statusunu alıb. Bu barədə, “The Economist Intelligence Unit” (EIU) tərəfindən illik olaraq tərtib edilən “Worldwide Cost of Living Survey” hesabatında qeyd olunub.
Hesabata əsasən, son iki ildir ki renkinqdə liderliyini qoruyan Honk Konq şəhərinin titulunu Təl-Əviv şəhəri əlindən alıb. Paris və Sinqapur şəhərləri 104 WCOL indeksi ilə siyahıda ikinciliyi bölüşürlər. Zürix və Honk Konq şəhərlərinin WCOL indeksləri isə müvafiq olaraq 103 və 101 səviyyəsindədir. Müqayisə üçün qeyd edək ki, Bakı və İstanbul şəhərlərinin WCOL indeskləri 50 səviyyəsinə yaxındır.
Digər tərəfdən isə, Suriyanın paytaxtı Dəməşq 12 WCOL indeksi ilə dünyanın ən ucuz şəhəri seçilib. Tripoli və Daşkənd şəhərləri 23 və 30 indeks ilə ilk üçlükdədir. İlk beşlik isə Tunis və Alma-Ata şəhərləri ilə tamamlanır.