Home » DW Business: Zəif iqtisadiyyat və yüksək inflyasiyadan dolayı Almaniyada müflislik artıb

DW Business: Zəif iqtisadiyyat və yüksək inflyasiyadan dolayı Almaniyada müflislik artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2022-ci ilin sentyabrında Avropanın ən böyük iqtisadiyyatının olduğu Almaniyada 762 şirkət müflisliyini elan edib, bu isə bir öncəki ilin anoloji dövrü ilə müqayisədə 34%-dən çox artım deməkdir. 

BBN.az DW Business-ə istinadən xəbər verir ki, bu trend oktyabr və noyabrda da artmağa davam edəcək, bir öncəki il ilə müqayisədə müvafiq olaraq 33% və 40%-dən çox.  

Halle İqtisadi Araşdırmalar İnstitutunun yeni araşdırmasına, əsasən buna zəif iqtisadi hesabatlar ilə yanaşı, qlobal koronavirus pandemiyası da səbəb olub.

“Şikətlərin müflisliyini göstərən rəqəmlər olduqca güclüdür, bu isə davam edir, lakin biz hələ ki, kütləvi müflislik dalğasından uzağıq. Pandemiyada müflislik dərəcəsi aşağı düşmüşdü, çünki şirkətlər xilas olmağın yollarını axtarıblar. Hazırda şirkətləri müflis olmağa aparan səbəblər isə yüksək enerji qiyməti, inflyasiya, müştərilərin alıcılığının azalması, Mərkəzi Bankların faiz dərəcələrini artırması, borc alınımın daha bahalı olması olub. Bütün bu iqtisadi proseslər isə zəif şirkətlərə təsir edir və onlar maliyyələşməkdə problemlər yaşayırlar. Həmçinin ölkə olaraq iqtisadi tənəzzülə doğru gedirik. Burada çoxsaylı səbəblər var, – deyə araşdırma şirkətinin rəhbəri Steffen Müller deyib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.