e-estonia.com portalı Azərbaycanda m-rezidentlik barədə məqalə yerləşdirib

Estoniyanın tanınan e-estonia.com portalı dünyada ilk dəfə Azərbaycanda təqdim olunan m-rezidentlik proqramının tətbiqi, əhatə dairəsi və inkişaf perspektivləri barədə məqalə dərc edib. Məqalədə bildirilir ki, İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub)  tərəfindən təqdim edilən m-rezidentlik dünyada yalniz iki ölkədə – Estoniya və Azərbaycanda tətbiq olunur.  Bu proqram biznesin inkişafı üçün innovativ rəqəmsal imkandır. Məqələdə qeyd olunub ki, mobil rezidentlik dünyanın istənilən nöqtəsində olan sahibkar üçün biznes fəaliyyətinin sərhədsiz,  əziyyətsiz və risk olmadan həyata keçirilməsi üçün unikal imkandır. Sahibkarlar mobil rezidentlik vasitəsi ilə virtual kimlik əldə edirlər, bank xidmətlərindən yararlanırlar, eləcə də tam ödənişsiz şəkildə şirkət qeydiyyatı aparmaq imkanı əldə edirlər.

Məqalədə həmçinin qeyd olunur ki, Estoniyanın B.EST Solutions şirkətinin dəstəyi ilə həyata keçirilən layihə qısa müddətdə dünyanın onlarla ölkəsində geniş istifadə olunur.

Məqalə ilə təqdim olunan link vasitəsiylə tanış ola bilərsiniz:  https://bit.ly/2X2WcCu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır