Home » E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi 900 layihənin iştirak etdiyi beynəlxalq müsabiqənin “Çempion layihələr”i seçilib

E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi 900 layihənin iştirak etdiyi beynəlxalq müsabiqənin “Çempion layihələr”i seçilib

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrədə (İsveçrə) keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində  keçirilən müsabiqənin nəticələri açıqlanıb. 

Müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) iki ayrı kateqoriya üzrə müsabiqənin “Çempion layihələri”i seçilib.

Bununla da Azərbaycan sosial sahədə İKT-nin tətbiqi üzrə uğurlu təcrübələrinə görə növbəti beynəlxalq uğurlara imza atıb.

2019-cu ildən istifadəyə verilən e-sosial.az internet portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır. 

“Android” və “İOS” sistemlərində də fəaliyyət göstərən portala ötən dövrdə 67 milyon 645 min müraciət olub, portalda qeydiyyatdan keçən aktiv istifadəçi sayı da artaraq 1 milyon 300 minə çatıb.

ƏMAS isə 2022-ci ilin may ayında istifadəyə verilib və vahid əmək münasibətləri platformasıdır. Bu altsistem vasitəsilə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təmin olunur.
 
Məşğulluq xidmətlərinin daha çevik və əlçatan olmasına imkan yaradan ƏMAS-da ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri və s. də əhatə edir.

Hazırda 193 ölkənin, habelə çoxsaylı akademik institutların, özəl şirkətlərin üzv olduğu BTİ-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti aktual məsələlərin müzakirə və konsensus əsasında həll edildiyi qlobal forumdur. Bu qlobal sammit həmçinin İKT inkişafına dəstək verir, informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün unikal imkanlar yaradır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.