Home » Yanvarda bankların əmanət portfeli artıb

Yanvarda bankların əmanət portfeli artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 milyon manat artmışdır.

BBN.az Mərkəzi Bankın yanvar ayı statistik bülleteninə istinadən xəbər verir ki, portfelinin 53%-i (6 milyard 196.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

31 Dekabr 2023-cü il tarixində bankların öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82%-i və ya 32 milyard 968.8 milyon manat). Depozit portfelinin 64.6%-ni (21 milyard 282 milyon manat) hüquqi şəxslərin depozitləri, 35.4%-ni (11 milyard 686.8  milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.