Home » EBRD: 2026-cı ildə Azərbaycanda iqtisadi artım 2,5 %-ə çatacaq

EBRD: 2026-cı ildə Azərbaycanda iqtisadi artım 2,5 %-ə çatacaq

by yunus
0 comments 0 views 2 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi inkişafı ilə bağlı yeni proqnoz açıqlayıb. Bankın sentyabr ayına dair “Regional iqtisadi perspektivlər” icmalında göstərilir ki, ölkə iqtisadiyyatının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 % artacağı gözlənilir.

BBN.az xəbər verir ki, 2025-ci il üzrə ÜDM artımı əvvəlki – may ayı proqnozu ilə müqayisədə 1 faiz bəndi azaldılıb, 2026-cı il üçün isə göstərici dəyişməyib.

Hesabatda bildirilir ki, 2024-cü ildə 4,1 % artım nümayiş etdirən Azərbaycan iqtisadiyyatı 2025-ci ilin birinci yarısında illik 1,5 %-ə qədər yavaşlayıb. Bu, əsasən karbohidrogen hasilatında 3,1 %-lik azalma ilə bağlı olub. Bununla yanaşı, qeyri-neft sektorunda tikinti, ticarət və turizmin hesabına 3,8 % artım qeydə alınıb.

EBRD qeyd edir ki, iqtisadi artımın əsas mənbəyi qeyri-neft sektorundakı fəallıqdır. Bu amil neft hasilatındakı zəif dinamikanı kompensasiya edir. Lakin enerji qiymətlərində dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasi faktorlar artım tempinə risk yaradır. Bank həmçinin vurğulayır ki, Aİ ilə enerji əməkdaşlığı, Orta Dəhlizin genişləndirilməsi və Ermənistanla sülh gündəliyinin irəliləməsi yeni ticarət marşrutlarının açılmasına və investisiya mühitinin yaxşılaşmasına imkan verə bilər.

EBRD-nin məlumatına görə, Şərqi Avropa və Qafqaz regionunda artım tempi də zəifləyib: 2023-cü ildə 4,7 %, 2024-cü ildə 3,9 %, 2025-ci ilin birinci yarısında isə 2 % olub. Lakin 2025-ci ildə orta illik artımın 3 %, 2026-cı ildə isə 4,4 %-ə yüksələcəyi gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3 %, 2026-cı ildə isə 2,9 % artacağını proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında 1 %-lik artım qeydə alınıb.

Beynəlxalq təşkilatların proqnozları da fərqlidir:

  • S&P Global – hər iki il üçün 2 %,

  • Fitch Ratings – 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %,

  • Moody’s – hər iki il üçün 2,5 %,

  • BVF – 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %,

  • Asiya İnkişaf Bankı – 2025-ci ildə 3,4 %, 2026-cı ildə 3,3 %,

  • Dünya Bankı – 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.