Home » EDB 2022-2024-cü illərdə Azərbaycanda BOEM sektoruna cəlb edilmiş investisiyanın məbləğini açıqlayıb

EDB 2022-2024-cü illərdə Azərbaycanda BOEM sektoruna cəlb edilmiş investisiyanın məbləğini açıqlayıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2022-2024-cü illərdə beynəlxalq maliyyə təşkilatları Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sektoruna 600 milyon ABŞ dollarından çox, ümumilikdə isə 675 milyon ABŞ dolları investisiya yatırıb.

Avrasiya İnkişaf Bankına (EDB) istinadən xəbər verir ki, bu, beynəlxalq maliyyə institutlarının region üzrə yeni trendi olub. Sözügedən dövrdə Avrasiya regionuna BOEM üzrə ümumilikdə 3 milyard ABŞ dolları yatırılıb.

Ən böyük maliyyələşdirməni Avropa Yenidənqurma və İnkişaf Bankı (1,4 mlrd. dollar, 47 %), Beynəlxalq Maliyyə Korporasiyası (426 mln. dollar, 14 %) və Asiya İnfrastruktur İnvestisiya Bankı (385 mln. dollar, 13 %) həyata keçirib.

Azərbaycan, Özbəkistan (1,8 mlrd. dollar) və Qazaxıstan (280 mln. dollar) bu investisiyalardan ən çox faydalanan ölkələr olub.

2024-cü ildə Azərbaycanda Bankə və Biləsuvarda iki günəş elektrik stansiyasının inkişafı və tikintisi üçün ümumi dəyəri 670 mln. dollar olan layihəyə AIIB tərəfindən 170 mln. dollar kredit ayrılıb. Layihə EBRD və digər maliyyə institutları ilə birgə maliyyələşdirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.