ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.
Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edəcəyi ehtimal edilir ki, bu da öncəki proqnoz göstəricisindən 10 min barel azdır.
BBN.az xəbər verir ki, bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
Bu ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci rübdə isə 590 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 620 min barel səviyyəsində olub.
Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 640 min barel səviyyəsində olacaq (öncəki proqnoz – 650 min barel).