Home » Ekspert: Banklara kiberhücumların qarşısını almaq üçün vahid koordinasiya sisteminin yaradılmasına ehtiyac var

Ekspert: Banklara kiberhücumların qarşısını almaq üçün vahid koordinasiya sisteminin yaradılmasına ehtiyac var

by yunus
0 comments 1 views 1 minutes read

Son dövrlərdə banklara qarşı kiberhücumların artması fonunda maliyyə sabitliyi üçün institusional boşluqlar yaranıb və bu boşluqlar bir sıra istiqamətlərdə özünü göstərir. Bunlardan birincisi banklararası vahid koordinasiya sisteminin zəif olmasıdır.

BBN.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, hər bir bank öz daxilində müəyyən tədbirlər görməyə və tənzimləmə mexanizmləri formalaşdırmağa çalışsa da, bunlar banklararası koordinasiya şəklində həyata keçirilmir.

“Nəticədə banklarda kibertəhlükəsizlik standartları vahid texniki tələblər əsasında deyil, fərqli şəkildə tətbiq olunur. Eyni zamanda, bu sahə yüksək ixtisas tələb etdiyindən peşəkar kadr çatışmazlığı da institusional boşluğun əsas halqalarından biridir. Bu amillərin məntiqi nəticəsi olaraq real vaxt rejimində informasiya mübadiləsi baş tutmur. Məsələn, hər hansı banka qəfil kiberhücum olunduqda digər banklara məlumat ötürülmür, çünki belə bir mexanizm mövcud deyil”, – deyə Eldəniz Əmirov vurğulayıb.

Ekspertin fikrincə, qeyd edilən neqativlərin aradan qaldırılması üçün vahid koordinasiya sisteminin və bütün banklar üçün məcburi xarakter daşıyan standartların yaradılmasına ehtiyac var: “Bununla yanaşı, bütün bank işçiləri kibertəhlükəsizlik təlimlərində məcburi şəkildə iştirak etməli və bu standartların tələblərinə cavab verəcək səviyyədə fəaliyyət göstərməlidirlər”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.