Home » EKTİS və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı təlimlər keçirilir

EKTİS və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı təlimlər keçirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi  və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı təlimlər keçirilir.

Belə ki, ötən həftə ərzində “Heyvan subsidiyası” ilə əlaqədar olaraq Şəmkir, Tovuz, Göyçay, Ağdaş, Astara, Lənkəran, Samux, Göygöl, Sabirabad, Abşeron, Bərdə, Yevlax, Şabran, Siyəzən, Lerik, Yardımlı, Ucar və Zərdab rayonlarında 681 nəfərə təlimlər keçirilib.

Cari ilin 13-31 yanvar tarixində keçirilən təlimlərdə ümumilikdə 1749 nəfər iştirak edib ki, onlardan 257 nəfər süni mayalanma mütəxəssisi, 1049 nəfər baytarlıq mütəxəssisi, 443 nəfər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşıdır.

Qeyd edək ki, respublikamızın müxtəlif rayonlarında “Heyvan subsidiyası” ilə bağlı maarifləndirmə işləri davam edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.