Home » Elektron Kredit Platforması vasitəsilə 3000-dək müraciət daxil olub

Elektron Kredit Platforması vasitəsilə 3000-dək müraciət daxil olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 13 oktyabr tarixinədək kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3000-dək müraciət qeydiyyata alınıb.

Artıq 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcəkdir.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər – biznes kreditləri üçün onlayn rejimdə müraciət, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılması, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi kimi imkanlar yaradır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.