0

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 avqust tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlərin həcmi 862,2 milyon manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 144,8 milyon manat və ya 20,2 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında banklar depozitlər üzrə 717,4 milyon manat faiz ödəyiblər.
Hesabat dövründə bankların ümumi faiz və onlarla bağlı xərcləri isə 1 milyard 181,8 milyon manat təşkil edib.





