Home » Energetika naziri İtaliya nümayəndə heyətini qəbul edib

Energetika naziri İtaliya nümayəndə heyətini qəbul edib

by bbnadm
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciulio Terzi Sant’Aqata, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Marko Skurria və üzvü Ettore Rosatodan ibarət nümayəndə heyəti arasında görüş olub.

Görüşdə hər iki ölkə liderlərinin rəhbərliyi ilə strateji tərəfdaşlıq müstəvisində inkişaf edən münasibətlərin inkişafından və enerji sahəsində genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edilib. Bildirilib ki, İtaliya nəinki Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qazının ixrac edildiyi ölkədir. Həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm rol oynayan tərəfdaşdır.

Görüşdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri, eləcə də layihənin genişləndirilməsi və elektrik enerjisi sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.