Home » Energetika naziri Rusiyada ikitərəfli görüşlər keçirib

Energetika naziri Rusiyada ikitərəfli görüşlər keçirib

by anar
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşdə Azərbaycan ilə Rusiya arasında neft-qaz hasilatı, nəqli və neft məhsullarının təchizatı, həmçinin elektrik enerjisi üzrə əlaqalərin cari vəziyyəti nəzərdən keçirilib. Rusiya enerji şirkətləri ilə birgə layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. İranın “Monenco” şirkəti tərəfindən Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması istiqamətində görülən işlərə, eləcə də “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Rusiya ilə ikitərəfli enerji əlaqələri, həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsinə dair məsələlərin müzakirəsi energetika naziri Nikolay Şulqinov ilə görüşdə də davam etdirilib.

Nazir Pərviz Şahbazov Pakistanın energetika və neft naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə də görüşüb. Görüşdə dostluq, qardaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin inkişafında enerji əməkdaşlığının rolundan bəhs edilib. Bu xüsusda, “SOCAR Trading” şirkəti ilə LNG təchizatı üzrə imzalanmış müqavilənin əhəmiyyəti qeyd olunub. Yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə isə neft-qaz və bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirak təklifləri dəyərləndirilib. Tacikistanın ölkəmizlə geniş enerji əməkdaşlığı qurmaqda maraqlı olduğu ifadə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.