Energetika naziri Pərviz Şahbazov dekabrın 1-də Sabirabad rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, elektrik veriliş xətlərinin mühafizə zonası, sayğaclaşdırma, elektrik qurğu və avadanlıqlarının istismara yararsız vəziyyəti, qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.
Qəbulda Sabirabad sakinləri ilə yanaşı Bakı və Şirvan şəhərləri, Abşeron, Saatlı və İmişli rayonlarından olan 24 vətəndaş iştirak edib.