
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti aşağı düşüb.
BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,99 ABŞ dolları və ya 2,05% azalaraq 95,13 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,6 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 2,08 ABŞ dolları və ya 2,22% azalaraq 91,62 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, “Azeri Light” neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.





