Home » “Enterprise Azerbaijan” portalı “Take Off Istanbul – 2023″də iştirak edib

“Enterprise Azerbaijan” portalı “Take Off Istanbul – 2023″də iştirak edib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova “Take Off Istanbul – 2023” startap sammitində (texnofest) iştirak ediblər.

“Enterprise Azerbaijan” bu sammitə Türkiyə Texnologiya Komandası Vəqfinin özəl dəvəti əsasında “Texnofest Azərbaycan” müsabiqəsinin qalibi kimi qatılıb. Tədbirdə “Enterprise Azerbaijan” portalının fəaliyyəti təqdim olunub, beynəlxalq investorlar ilə əməkdaşlıq imkanları müzakirə edilib. Portalın rəhbəri M.Musayeva sammitdə təqdim edilən innovativ layihələrlə tanış olub və süni intellekt sahəsində seçilən beynəlxalq layihələri “StartUp School 2 – AI for Karabakh” müsabiqəsində iştirak etmək üçün Azərbaycana dəvət edib.

Xatırladaq ki, “Enterprise Azerbaijan” portalının rezidenti olan “Ecofriendly” komandası 2022-ci ildə Bakıda keçirilmiş “Texnofest Azərbaycan” müsabiqəsində “Ecoprint” layihəsi ilə “Yaşıl texnologiyalar” kateqoriyasında III yerin qalibi olmuşdu.

Qeyd edək ki, bu il 6-cısı keçirilən “Take Off Istanbul” startap sammitinə ümumilikdə 43 ölkədən 1252 müraciət daxil olub. Bunlardan toxum öncəsi, erkən və inkişaf mərhələlərində olan 200 yerli və xarici layihə müsabiqə mərhələsinə buraxılıb. Startapçılar həmçinin sammit çərçivəsində 100-dən çox investorla görüşmək və ideyalarını izah etmək imkanı əldə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.