Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Enterprise Azerbaijan”ın rəhbərliyi Nevada ştatının rəsmi qurumlarında görüşlər keçirib - BBN

“Enterprise Azerbaijan”ın rəhbərliyi Nevada ştatının rəsmi qurumlarında görüşlər keçirib

ABŞ-da səfərdə olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva orada bir sıra işgüzar görüşlər keçirib. O, Nevada Qubernatorluğunun İqtisadi İnkişaf İdarəsinin direktor müavini Bob Potts, Şimali Nevada İnkişaf Təşkilatının icraçı direktoru Cef Sutiç və direktor müavini Tatyana Vukoviç ilə keçirdiyi görüşdə “Enterprise Azerbaijan” barədə ətraflı məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib.

Qeyd edək ki, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş “Reno startap həftəsi”ndə (Reno Startup Week) iştirak ediblər. Startap həftəsinə “Enterprise Azerbaijan” portalının təşkil etdiyi birinci “Startup School” layihəsinin qalibi olmuş “Abroadventure” startapının nümayəndələri də qatılıblar.

Related posts

Tacikistan və Azərbaycan arasında investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı