Home » Erməni terrorundan əziyyət çəkən daha 66 nəfərə psixoloji dəstək göstərilib

Erməni terrorundan əziyyət çəkən daha 66 nəfərə psixoloji dəstək göstərilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri terrordan zərər çəkmiş şəxslərlə, ailələrlə görüşüblər. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssislərindən ibarət qrup Ermənistan tərəfindən dəhşətli terrora məruz qalmış yaşayış məntəqələrində əhali ilə görüşləri davam etdirir.

Hadisənin elə ilk günündən prosesə başlayan ixtisaslı peşəkarlardan ibarət qrup terrorun ağrı-acısını yaşayan, dərin sarsıntı keçirmiş daha 66 nəfərlə  profilaktik söhbətlər aparıb. Bərdə və ətraf ərazilərin sakinləri olan həmin şəxslərin hər birinə psixoloji yardımlar göstərilib, psixo-maarifləndirmə işi aparılıb.

Eyni zamanda prosesdə könüllü iştirak edən 2 psixiator müayinələr nəticəsində ehtiyacı olan şəxslərə ilkin tibbi müalicə proseduru həyata keçiriblər.

Ümumilikdə hadisələr nəticəsində psixoloji yardıma ehtiyacı olanlar aşkarlanaraq qeydiyyata alınıb, məskunlaşdıqları ərazilər üzrə psixoloqlara müvafiq bildirişlər verilib. Terror qurbanı olmuş şəxslərin  ailələrinin sosial vəziyyətlərinin qiymətləndirilməsi də aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.