Home » Estoniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Estoniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

by anar
0 comments 0 views 1 minutes read

İyunun 18-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktoru cənab Rayqo Uukivi ilə ikitərəfli görüş keçirib.

Görüşdə Azərbaycan ilə Estoniya arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi risklərinin vaxtında aşkar olunması, qiymətləndirilməsi və qarşısının alınması məqsədilə təcrübə mübadiləsi, rəqəmsal alətlərdən istifadə etməklə xidmət keyfiyyətinin yüksəldilməsi və könüllü vergi ödənişlərinin stimullaşdırılması istiqamətində əməkdaşlıq, yığım mexanizmlərinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda gələcək əməkdaşlığın əsaslarını müəyyən edən protokol sənədi imzalanıb. Sənəd iki ölkənin vergi administrasiyaları arasında gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi rolunu oynayacaq və strateji tərəfdaşlığın inkişafına töhfə verəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.