Home » Etirazlar Qazaxıstan iqtisadiyyatına zərər vurmağa davam edir

Etirazlar Qazaxıstan iqtisadiyyatına zərər vurmağa davam edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mərkəzi Asiya regionunun ən böyük ölkələrindən olan Qazaxıstan Respublikasında hökumət əleyhinə keçirilən etirazlar intensiv şəkildə davam edir. Hökumətin istefa verməsi ilə nəticələnən etiraz dalğası ölkə iqtisadiyyatının bir çox seqmentlərini zəiflədib və istehsalat proseslərinin bəzi sahələrdə dayanmasına gətirib çıxarıb. Bu isə, öz növbəsində müxtəlif sektorlar üzrə bizneslərə təsirsiz ötüşməyib.

Qazaxıstanın Atameken Sahibkarlar Cəmiyyətinin mətbuata verdiyi açıqlamaya istinadən, 10 yanvar tarixinədək etiraz aksiyalarının ölkədə biznes sektoruna vurduğu ümumi zərər 93.7 milyard təngəni (213 milyon dollar) ötüb. Zərərin böyük hissəsi etiraz aksiyalarının mərkəzi Alma-Ata şəhərində (92.2 milyard təngə) fəaliyyət göstərən bizneslərə dəyib.

Ölkədə ümumilikdə 9 rayon üzrə 1319 biznes etiraz aksiyalarından təsirlənib ki, bu göstəricinin 1234 biznesi Alma-Ata şəhərinin payına düşüb. Logistika, maliyyə sektoru, ictimai iaşə və ticarət müəssisələri iqtisadiyyatın ən çox zərər görən sahələrindəndir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.