Home » EY Azərbaycan bu ilki “EY İlin İş Adamı” müsabiqəsinin 13 iştirakçısını elan etdi

EY Azərbaycan bu ilki “EY İlin İş Adamı” müsabiqəsinin 13 iştirakçısını elan etdi

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

“EY İlin İş Adamı 2023” mükafatının qalibinin seçilməsinə bir neçə gün qalıb. 

Bu müsabiqə uğur qazanmaq yolunda qarşısına məqsədlər qoyan sahibkarlar üçün nüfuzlu mükafatlardandır. Qalib müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB və bp sponsor dəstəyi göstərir. Veysəloğlu Şirkətlər Qrupu da müsabiqəyə maliyyə dəstəyi verir. EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşları sırasındadır.

Bu il 13 güclü namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq. Müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər Bakıda 16 fevral tarixində keçiriləcək təntənəli mərasimdə elan ediləcək. 

EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu ilki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan 13 sahibkarın adlarını açıqlayır:

Afa Həsənova – IRES 

Baba Ağayev – Pickvisa

Elçin Babayev – Bakı Tekstil Fabriki

Elqar Bağırov – Times Consulting

Fuad Seyidəliyev – Savalan ASPI Winery

İlham Hacıyev – Lignum Logistic

Nahid Cabbarov – Crispa Snacks

Nəzrin Sadıxova – Spektr Medical Group

Rafiq Hunaltay – Facemark

Ramil Rzayev – Baku Holiday Travel

Rübabə Mürşüdova – Qranit QP

Seymur Məmmədov – Simbrella

Zaur Darabzadə – CinemaPlus

Qeyd edək ki, EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.