Home » Fərdi Məşğulluq Proqramı nədir?

Fərdi Məşğulluq Proqramı nədir?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Son günlər sosial şəbəkə səhifələrinə Fərdi Məşğulluq Proqramının tərtib edilməsi ilə bağlı mesaj alan vətəndaşlar tərəfindən suallar ünvanlanır. Məsələyə bir daha aydınlıq gətirmək üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.

  • Fərdi Məşğulluq Proqramı haqqında

Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan  keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir.

  • Fərdi Məşğulluq Proqramı ilə bağlı SMS aldıqdan sonra nə etmək lazımdır?

İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir. 

Bu barədə daha ətraflı təqdim olunan videorolikdə tanış ola bilərsiniz:

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.