“Facebook” jurnalistika sektoruna sərmayə qoyacaq

Sosial media nəhəngi “Facebook” jurnalistika sahəsinə 100 milyon dollar həcmində investisiya qoyacağını açıqlayıb. Belə bir addımın əsas səbəbi kimi, koronavirus pandemiyası dövründə dəqiq və qərəzsiz jurnalistikanın vacibliyi göstərilib.

Ümumi məbləğin 25 milyon dollarlıq hissəsi şirkətin öz layihəsi olan “Facebook Journalism Project” vasitəsilə, digər 75 milyon dollarlıq hissəsi isə “əlavə marketinq xərcləri” formasında beynəlxalq xəbər agentliklərinə çatdırılacaq.

Qeyd edək ki, “Facebook” 2019-cu ilin əvvəlində xəbər agentliklərinə 300 milyon dollarlıq sərmayə yatırıb, eləcə də Böyük Britaniyada jurnalistlərin təlimatlandırılmasına 5.5 milyon dollardan çox vəsait xərcləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır