Home » “Facebook” koronavirusla bağlı yeni qadağalar tətbiq edib

“Facebook” koronavirusla bağlı yeni qadağalar tətbiq edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kaliforniya mərkəzli qlobal sosial media şəbəkəsi “Facebook” son dövrdə gündəmi zəbt edən koronavirusla bağlı yeni qərar qəbul edib.

“Facebook” rəsmisi xarici mətbuata açıqlamasında bildirib ki, bundan sonra sosial şəbəkədə koronavirusla bağlı reklamların, xüsusilə də, ağardıcı, üz maskaları və s. kimi “zəmanətli” saxta müalicə vasitələrinin satışı ilə bağlı reklamların paylaşılması qadağan ediləcək.

Əsas səbəb kimi, bu reklam edilən vasitələrin koronavirusu müalicə etmək xüsusiyyətinin olmaması göstərilib və bu saxtakarlıq kimi dəyərləndirilib. Bununla yanaşı, sosial mediyada son günlərdə sıx şəkildə koronavirusla bağlı reklamlara rast gəlinməsi insanları təşvişə sala bilər.

Sözügedən məhdudiyyətlərin “Instagram” sosial şəbəkəsində də tətbiq edilməsi gözlənilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.