Home » “Facebook” rebrendinqini reallaşdırıb

“Facebook” rebrendinqini reallaşdırıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq sosial media nəhəngi “Facebook” proqnozlaşdırıldığı kimi öz adını dəyişərək yeni yaratdığı “metaverse” konsepsiyasına uyğun olaraq “Meta” brendi adı altında fəaliyyətini davam etdirəcək. Oktyabrın ayının 28-i şirkətin illik olaraq keçirdiyi konfransda təqdim edilən yeni brend nəticəsində “Facebook” səhmləri birjalarda MVRS kodu altında ticarət ediləcək.

Şirkətin təsisçisi Mark Zuckerbergin təşəbbüsü ilə başladılan rebrendinq prosesi flaqman “Facebook” da daxil olmaqla, törəmə tətbiqetmələri olan “Instagram”, “Whatsapp”, “Occulus” və digər brendlərin adlarına təsir göstərməyib.

Qeyd edək ki, hazırda “Facebook” şirkətində 10 mindən artıq işçi virtual reallıq layihəsi üzərində işləyir. Şirkətin açıqlamasına istinadən, daha 10 min işçi işə qəbul edilərək “metaverse” konsepsiyası üzərində çalışmağa yönləndiriləcək.

Rebrendinq qərarından dərhal sonra şirkətin səhm dəyəri 1.5% artaraq 316.92 dollar səviyyəsinə qalxıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.