Home » “Facebook” şirkətinin mənfəəti gözləntiləri üstələyib

“Facebook” şirkətinin mənfəəti gözləntiləri üstələyib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Facebook” şirkəti 4 oktyabr tarixində bütün sosial media tətbiqetmələrində problemlər yaşasa da, rüblük maliyyə göstəriciləri proqnozlaşdırılandan yüksək olub. Belə ki, cari ilin üçüncü rüb maliyyə göstəricilərinə əsasən, şirkətin mənfəət göstəricisi 2020-ci ilin üçüncü rübünə nisbətdə 35% artaraq 7.8 milyard dollardan 9.2 milyard dollara yüksəlib. Bu isə, səhmbaşına 3.22 dollar gəlir deməkdir. Qeyd edək ki, proqnozlar səhmbaşına 3.19 dollar səviyyəsində idi.

Şirkətin sosial media tətbiqetmələri olan “Facebook”, “Instagram” və “Whatsapp” istifadəçiləri proqnozlaşdırılanla üst-üstə düşüb. Belə ki, gündəlik aktiv istifadəçilərin sayı 1.93 milyard nəfər, aylıq olaraq isə 2.91 milyard nəfər olub.

Məlumat üçün qeyd edək ki, şirkətin 28 oktyabr tarixinə planlaşdırdığı rebrendinq prosesindən sonra istifadəçilərinin daha da artması ehtimal edilir. Rebrendinq prosesi ilə bağlı buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.