Home » Faiz artımlarına rəğmən Türkiyədə inflyasiya 68.5%-ə yüksəlib

Faiz artımlarına rəğmən Türkiyədə inflyasiya 68.5%-ə yüksəlib

by ulviyya
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Faiz artımlarına rəğmən martda Türkiyədə illik inflyasiya fevralda qeydə alınan 67.1%-dən 68.5%-ə çatıb. Martda istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,16% artıb.

BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, bu haqda bu gün Türkiyə Statistika İnstitutunun açıqladığı məlumatda qeyd edilib.

Ən çox inflyasiyanın müşahidə olunduğu sahələr 13% ilə təhsil, kommunikasiya, 5.6% ilə hotellər, 3.9% ilə isə restoran, kafelər olub.

Qeyd edək ki, ölkə inflyasiya ilə mübarizə aparmaq üçün faiz artımlarına gedib və əsas faiz dərəcələri martın sonuna yaxın 45%-dən 50%-ə yüksəldilib. Eyni zamanda yanvarda Türkiyədə minimum əməkhaqqı 17,002 lirəyə, yaxud təxminən 530 dollara yüksəldilib. Bu isə bir öncəki ilin eyni ayı ilə müqayisədə 100% artım deməkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.