Home » Fariz Cəfərov “Euronews” telekanalına müsahibə verib

Fariz Cəfərov “Euronews” telekanalına müsahibə verib

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

4SİM-in icraçı direktoru Fariz Cəfərov “Euronews” kanalında yayımlanan “Azerbaijan Diary” (“Azərbaycan gündəliyi”) verilişinə qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə müsahibə verib.

Bildirlib ki, “Azərbaycan 2030 – Gələcəyə baxış” çərçivəsində, 4SİM 3 əsas istiqamət üzrə – biznes, hökumət və cəmiyyət – 60 təşəbbüs həyata keçirməyi planlaşdırır.

Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində, “Ağıllı Sənaye Hazırlığı İndeksi” metodologiyasının tətbiqi ilə bağlı işlər aparılır. 2030-cu ilə kimi 650 yerli müəssisənin rəqəmsal transformasiya hazırlığının ölçülməsi və tətbiqinə dəstək göstərilməsi nəzərdə tutulur.

Qabaqcıl texnologiyaların tətbiqi ilə sürətlə baş verən dəyişikliklərə vətəndaşların hazır olması istiqamətində Coursera şirkəti ilə rəqəmsal bilik və bacarıqların inkişafı üzrə layihə davam edir.

Rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası çərçivəsində 9 ana layihədən biri kimi Azərbaycan dilində yaradıcı (generativ) süni intellekt sisteminin yaradılması üçün işlər görülür.

COP29 çərçivəsində enerji istehlakında süni intellektin tətbiqinin nəticələri, faydaları və uğurları təqdim olunacaq. Cleantech, Energytech və Greentech texnologiyalarını əhatə edən bir çox beynəlxalq təcrübə və nailiyyətlər ölkəyə gətirirlir.

Yerli startap ekosisteminin inkişafına dəstək məqsədilə üçün Baku ID və İnMerge kimi mühüm regional tədbirlədə 4SİM tərəfdaş qismində çıxış edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.