Home » Fermerlər üçün “Aqro-Mən” müsabiqəsinə start verilir

Fermerlər üçün “Aqro-Mən” müsabiqəsinə start verilir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikası Hökumətinin maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə əməkdaşlığı çərçivəsində “Aqro-Mən” müsabiqəsi keçirilir. Müsabiqənin təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), FAO-Azərbaycan Ofisi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).

Müsabiqənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaq, aqraryönümlü, innovativ biznes təşəbbüslərini üzə çıxarmaqdır. Müsabiqə iştirakçıları təqdim edəcəkləri biznes planlara uyğun olaraq müvafiq aktivlərlə (alət və avadanlıq), o cümlədən müsabiqə tərəfdaşları tərəfindən göstəriləcək dəstək xidmətləri ilə təmin olunacaqlar.

Müsabiqənin şərtləri:

Layihə üzrə alınması nəzərdə tutulan avadanlığın maliyyə dəyəri maksimum 10 000 (on min) manat həcmində müəyyən edilir;

Müsabiqədə 35 yaşa qədər regionlarda yaşayan gənc fermerlər iştirak edə bilərlər;

Biznes ideyası kənd təsərrüfatı fəaliyyət sahəsinə aid olmalıdır;

Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir;

Hər bir müraciətçi (fərdi və ya qrup halında) müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir.

Sənəd qəbulu və məlumatlandırma

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri elektron formada telman.askarov@fao.org ünvanına göndərməlidirlər:

1. Ərizə forması;

2. Biznes layihəsi;

3. Biznes planın maliyyə qiymətləndirilməsi;

4. Müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

5. Layihənin icra olunacağı təsərrüfatla bağlı müvafiq sənədlər (torpağın müraciətçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasına dair sənəd)

Sənəd qəbulu 8 iyul 2022-ci il saat 18:00-a kimi davam edəcək. Qeyd olunan vaxtdan sonra təqdim olunan müraciətlər nəzərə alınmayacaq. Müsabiqənin nəticələri haqqında məlumatlar tərəfdaşların rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində paylaşılacaq.

Əlaqə üçün: 012 5633269 (Daxili nömrə 112)

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.