Home » Fermerlərlə növbəti onlayn görüş keçirilib

Fermerlərlə növbəti onlayn görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aprelin 26-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin ehtiyaclarının öyrənilməsi məqsədilə onlayn görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), Aqrar Sığorta Fondunun və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri və 30-a yaxın sahibkarlıq subyeki iştirak edib. 

Onlayn görüşdə əkin sahələrinin suvarılması zamanı yaranan problemlər, güzəştli kreditlərin alınması, artezian quyularının qazılması və subsidiyaların verilməsi barədə sahibkarların sualları ətrafında müzakirələr aparılıb, Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsinə dair təqdimat keçirilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.