Fevralda Avrozona ilə bağlı illik inflyasiya rəqəmi açıqlanıb

Cümə axşamı açıqlanan ilkin hesabata əsasən fevralda Avrozonada inflyasiya yanvar ayındakı 8.6%-dən 8.5%-ə enib, ancaq bu isə yenə də inflyasiyanın yüksək olduğuna və yaxın aylarda Avropa Mərkəzi Bankının (AMB) faiz artımlarını davam etdirəcəyinə işarədir. 

AMB-nin prezidenti Christine Lagarde dünən Reuters-ə açıqlamasında isə deyib ki, inflyasiyanı aşağı salmaq vaxt alacaq. Bank hədəf inflyasiya rəqəmini isə 2% nəzərdə tutub. Goldman Sachs-ın analitikləri isə AMB-nin növbəti faizlər ilə bağlı gözləntilərini artırıb və bildirilir ki, tənzimləyici mayda daha 50 baza bəndi, eyni zamanda bəzi ekspertlər isə bildirirlər ki, bank yaxın günlərdə, yəni martın 16-dakı iclasında da 50 baza bəndi artıma gedəcək. 

Qeyd edək ki, oktyabrda isə illik inflyasiya rəqəmi daha çox 10.6% olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır