Home » “FINCA Azerbaijan”ın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır

“FINCA Azerbaijan”ın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycanın çevik və aparıcı bank olmayan kredit təşkilatlarından (BOKT) biri olan “FINCA Azerbaijan” MMC uzun illərdir ki, ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına dəstək göstərir.

Kənd təsərrüfatı və kiçik biznes kreditləri üzrə ixtisaslaşan “FINCA Azerbaijan” 26 filialı vasitəsilə sahibkarlara maliyyə resursları təqdim edir, onların fəaliyyətinə və bizneslərinin genişlənməsinə şərait yaradır. Son illərdə rəqəmsal xidmətlərin genişləndirilməsi nəticəsində sahibkarların kredit müraciətləri daha da sadələşdirilib, kredit vəsaitlərinə əlçatanlıq əhəmiyyətli dərəcədə asanlaşıb.

Qeyd edək ki, 2025-ci ilin sonuna yaxın təşkilatın icraçı direktoru Timoti Tarrant 12 illik fəaliyyətindən sonra “FINCA Azerbaijan”dakı missiyasını başa çatdıracaq. O, peşəkar karyerasına 2001-ci ildən başlayıb və 2013-cü ildən “FINCA Azerbaijan”ın direktoru vəzifəsini icra edib. T.Tarrant bu müddət ərzində “FINCA”nın üç fərqli ölkədə ölkə direktoru, həmçinin təşkilatın bir neçə törəmə şirkətində Müşahidə Şurasının və audit komitəsinin üzvü olub.

Azərbaycanda fəaliyyəti dövründə o, bir sıra yeniliklərin həyata keçirilməsinə rəhbərlik edib. Qlobal iqtisadi böhran dövründə komandasının dəstəyi ilə şirkətdə çətin restrukturizasiya prosesinə rəhbərlik edərək, 2019-cu ildə biznesin yenidən inkişafına nail olub və “FINCA Azerbaijan”ı aparıcı mikromaliyyə qurumu kimi mövqeyinə qaytarıb. Bundan başqa, onun rəhbərliyi ilə satış və geri yığımlar üzrə ilk uğurlu çağrı mərkəzləri yaradılıb. Hazırda həmin model qlobal FINCA şəbəkəsi tərəfindən ən yaxşı təcrübə standartı kimi qəbul edilir.

Şirkətdən verilən məlumata görə, bu ilin sonuna qədər T.Tarrantın yerinə yeni direktorun təyin olunacağı gözlənilir.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi önəm verir, dövlət tənzimləyici orqanları və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyi də daxil olmaqla bir çox tərəfdaşlarla əməkdaşlıq münasibətlərini uğurla davam etdirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.