“FINTEX SAMMİT ONLİNE – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ” ÖZ İŞİNƏ BAŞLAYIB

Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində FİNTEX SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) adlı tədbiri təşkil edir. Sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində öz işinə başlayıb.

Sammit VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda keçirilir.

İki gün keçiriləcək Sammitdə  dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, həmçinin 3000-dən çox yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Sammiti giriş sözü ilə, VİSA şirkətində vitse-prezident, MDB və Cənub-Şərqi Avropa regionunda həllər üzrə rəhbər Kristina Doros açıq elan edib.

Daha sonra, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev, Türkiyə Banklar Assosiasiyasının Baş katibi Ekrem Keskin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev çıxış ediblər.

Sammit 9 paneldən ibarət olmaqla “Fintex-Tərəfdaşlıq və əməkdaşlıq dövrü”, “ Risklər”, “Ödəniş ekosistemləri: Dəyişən vərdişlər”, “Maliyyə xidmətlərində blokçeyn”, “ İnsan mərkəzli fintex”, “Kibertəhlükəsizlik hər zamankından daha vacibdir”, “ Şəhər mobilliyi” “ Tənzimləyici çərçivə: Texnologiyanın tətbiqi” və “ Müştəri təcrübəsi: Bank və fintexin daim dəyişən dünyası” mözvularını əhatə edəcək.

Sammit çərçivəsində keçirilən əlavə yan tədbirlər “Banklarda fırıldaqçılıq”, “Daha güclü müxbir əlaqələri qurmaq: maliyyə cinayətləri və riskdən azad olma ilə mübarizə aparan ən yaxşı texnoloji trendlər”, “Azerbaijani Banks Cyber Security Review” və digər mövzularını əhatə etmişdir.

Tədbir zamanı “Auditorium” otağına daxil olaraq panel müzakirələrini dinləmək və spikerlərə sual vermək, “Exibition” otağına daxil olaraq virtual sərgidə iştirak etmək, həmçinin “Networking” otağına daxil olaraq digər iştirakçılarla ünsiyyət qurmaq imkanı mövcuddur.

Qeydiyyat üçün https://fintexsummit.com/ səhifəsində Sign-in düyməsini klik edərək qeydiyyatdan keçir və tədbirin keçirildiyi gün (28-29 yanvar 2021-ci il, Bakı vaxtı ilə saat 10:00-dan başlamaqla) emailiniz vasitəsilə log-in olaraq tədbirə daxil olursunuz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır