Home » Fransa şirkəti 27 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb

Fransa şirkəti 27 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fransanın neft qaz nəhəngi “TotalEnergies” İraqda neft, qaz və günəş enerjisinin hasilatı üzrə əməliyyatların aparılması məqsədilə 27 milyard dollarlıq investisiya müqaviləsinə imza atıb. Müqaviləyə Bağdad şəhərində keçirilən görüşdə İraqın neft naziri İhsan İsmail ilə şirkətin rəhbəri Patrik Puayen tərəfindən imza atılıb.

Dünyanın ən böyük yeddi neft şirkətindən biri olan “TotalEnergies” şirkəti tərəfindən investisiya iki mərhələdə həyata keçiriləcək. Belə ki, Paris mərkəzli şirkət ilkin olaraq ərazidə neft və qaz infrastrukturunun inkişafına 10 milyard dollar ayıracaq. Daha sonra isə, digər məsələr üçün 17 milyard dollar vəsait ayrılacaq.

Məlumat üçün qeyd edək ki, əvvəllər “Total” adı ilə fəaliyyət göstərən fransız şirkət 1924-cü ildən fəaliyyət göstərir və illik gəliri 140 milyard dollar civarındadır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.